"Qarabağ"la oyun öncəsi "Sumqayıt"da ciddi itkilər

18 Fevral 2021 15:00 Sumqayıt 1 061
"Qarabağ"la oyun öncəsi "Sumqayıt"da ciddi itkilər

Sabah Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində "Sumqayıt" doğma meydanda "Qarabağ"ı qəbul edəcək.

"Kimyaçılar" vacib görüşə ciddi itkilərlə çıxmalı olacaq.

Bu barədə Sportinfo.az-a açıqlamasında komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib. Belə ki, komanda sabahkı oyunda 3 futbolçunun xidmətindən yararlana bilməyəcək.

"Keşlə" ilə oyunda zədə alan kapitan Vurğun Hüseynovun zədəsi hələ də sağalmayıb. Tellur Mütəllimov və Cabir Əmirli də zədə səbəbindən sabah komandasına kömək edə bilməyəcək.

"Sumqayıt" - "Qarabağ" oyunu sabah 18:00 "Kapital Aren"da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM