"Sumqayıt"ın legioneri Azərbaycana gələndən sonra nəyə təəccüblənib?

17 Fevral 2021 11:40 Sumqayıt 1 191
"Sumqayıt"ın legioneri Azərbaycana gələndən sonra nəyə təəccüblənib?

"Bura gəlməzdən öncə Azərbaycan Premyer Liqasında keyfiyyətin bu qədər yüksək olduğunu bilmirdim.

Kənardan Azərbaycan çempionatı zəif görünsə də, əslində belə deyil.

Bura gəldikdən sonra gördüm ki, klubların şəraiti yaxşıdır, futbolçuların səviyyəsi yüksəkdir".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın müdafiəçisi Höccət Haqverdi deyib. İranlı legioner klublarımızın ayrı-ayrılıqda keyfiyyətindən də söz açıb:

“Qarabağ” və “Neftçi”ni fərqləndirmək istərdim. Yerdə qalan digər klubların da ümumi keyfiyyəti çox yüksəkdir.

Bir sözlə, olduqca maraqlı çempionat izləyirik. Belə davam eləsə, Azərbaycan çempionatı daha yaxşı yerlərə gələcək".

Digər Xəbərlər
Xəbər Lenti