"Sumqayıt"ın belə işləri də var - 16 yaşlının FOTOsu

14 Fevral 2021 20:40 Sumqayıt 1 730
"Sumqayıt"ın belə işləri də var - 16 yaşlının FOTOsu

“Sumqayıt”ın futbolçusu Sənan Ağayev mövsümün rekorduna imza atıb.

Sportinfo.az xəbər verir ki, o, cari Premyer Liqada meydana çıxan ən gənc oyunçu olub.

2004-cü il iyunun 16-da anadan olan yarımmüdafiəçi “Səbail”lə ev matçının 90+2-ci dəqiqəsində debüt şansı qazanıb.

O, 16 yaş 242 günlüyündə Premyer Liqada ilk qarşılaşmasını keçirib. Sənana qədər mövsümün rekordu Cəlal Hüseynova məxsus idi. “Zirə”nin müdafiəçisi 17 yaş 297 günlüyündə meydana çıxmışdı.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!