Kamran Ağayev 16 yaşlı uşağı vurdu, biabırçılıq oldu - SUMQAYITDAN FOTOREPORTAJ

14 Fevral 2021 09:20 Sumqayıt 1 030
Kamran Ağayev 16 yaşlı uşağı vurdu, biabırçılıq oldu - SUMQAYITDAN FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında üçüncü dövrəyə start verilib.

Sportinfo.az xəbər verir ki, XV turun açılış matçında "Sumqayıt" və "Səbail" üz-üzə gəlib.

"Kapital Bank Arena"da keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

İlk topu 26-cı dəqiqədə Murad Xaçayev vurub. Bundan 7 dəqiqə sonra Tellur Mütəllimov baxımlı qola imza atıb.

55-ci dəqiqədə Peyman Keşavarzi qırmızı vərəqə alaraq qonaq komandanı azlıqda qoyub. Oyunda son nöqtəni isə 83-cü dəqiqədə penaltidən Əli Qurbani qoyub.

"Səbail" oyunu 9 nəfərlə başa vurub. 90+5-ci dəqiqədə Kamran Ağayev 16 yaşlı Sənan Ağayevə qarşı kobud oyuna görə qırmızı vərəqə alıb. Bu vaxt qonaqlar hər 3 oyunçu dəyişikliyindən istifadə etdiyi üçün üçün qapıya müdafiəçi Adil Nağıyev keçib.

Bu qələbə sayəsində "Sumqayıt" xalını 22-yə çatdırsa da, 4-cü pillədə qalıb. "Səbail" isə 13 xalla 6-cıdır.

Digər Xəbərlər
Xəbər Lenti