"Sumqayıt"ın kapitanı həkimlərdən cavab gözləyir"

9 Fevral 2021 16:00 Sumqayıt 653
"Sumqayıt"ın kapitanı həkimlərdən cavab gözləyir"

"Sumqayıt"ın zədəli kapitanı Vurğun Hüseynovun durumu yaxşılaşıb.

Bu barədə mülafiəçi Sportinfo.az-a açıqlamasında bildirib. O, bugündən məşqlərə başlayacağını söyləyib:

"Şükür, indi özümü yaxşı hiss edirəm. Müalicəm demək olar qurtarıb. Fərdi məşqlərə başlayacam. Ayağımda ağrım olmasa, qısa müddətdə komanda ilə məşqlərə qoşularam. Həkimlər məsləhət bilsə, növbəti oyun meydana çıxacam ".

"Kimyaçılar"ın lideri Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində "Keşlə" ilə səfər oyununun (1:0) ikinnci hissəsində zədələnərək, meydanı vaxtından əvvəl tərk etmişdi.

O, bu səbəbdən ölkə kubokunun 1/4 final mərhələsinin "Səbail"lə hər iki görüşünü buraxmalı olub.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!