"Qarabağ" üçün nələrsə fikirləşəcəyik"

6 Fevral 2021 20:40 Sumqayıt 705
"Qarabağ" üçün nələrsə fikirləşəcəyik"

"Kubok fərqli ab-havada keçir. İlk oyundakı məğlubiyyət işimizi çətinləşdirirdi".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 finalında "Səbail"ə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis rəqibin gücünə bələd olduqlarını bildirib: "Futbolçular ilk 25 dəqiqədə bütün tapşırıqları yerinə yetirdilər. Bundan sonra topa daha çox nəzarət etməyə başladıq. İlk oyunla müqayisədə taktiki dəyişiklər etmişdik. Cabir Əmirli və Dmitri Nağıyev cinahlarda ilk hissədə daha fəal oldular. Nağıyev hücumda uğurlu çıxış edə bilərdi. Ancaq fikrimcə, müdafiədə yaxşı oynadı".

Abbasov yarımfinalda "Qarabağ"la qarşılaşacaqlarını sözlərinə əlavə edib: "İndi çempionata hazırlaşmalıyıq. Rəqibin gücü hər kəsə məlumdur. Ancaq onlara qarşı da uğurlu çıxış etməyə çalışacağıq. Bunun üçün nələrsə fikirləşəcəyik".(Report)

Digər Xəbərlər
Xəbər Lenti