"Sumqayıt" kapitansız qaldı

5 Fevral 2021 21:00 Sumqayıt 724
"Sumqayıt" kapitansız qaldı

"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Azərbaycan Kubokunun 1/4 finalında "Səbail"ə qarşı cavab matçında da iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı müdafiəçi zədə səbəbindən oynamayacaq.

Hüseynov Azərbaycan Premyer Liqasının XIV turunda Bakıda "Keşlə"ni 1:0 hesabı ilə məğlub etdikləri görüşdə əzələsini dartıb. Kapitan "Səbail"ə 0:1 hesabı ilə uduzduqları kubokun ilk 1/4 final oyununu buraxmalı olub.

Fevralın 6-da “ASCO Arena”da keçiriləcək "Səbail" - "Sumqayıt" qarşılaşması saat 18:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"