"Sumqayıt"da 3 iranlı futbolçunun olması hamımız üçün çox yaxşıdır"

5 Fevral 2021 13:40 Sumqayıt 583
"Sumqayıt"da 3 iranlı futbolçunun olması hamımız üçün çox yaxşıdır"

"Sumqayıt"ın müdafiəçisi Höccət Haqverdi son vaxtlar iranlı futbolçuların Azərbaycan Premyer Liqasına axınının səbəbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, yanvarda ölkəmizə gələn 28 yaşlı legioner deyib:

"Düşünürəm ki, bu, bizim futbolçuların son illərdə Azərbaycan çempionatında yaxşı çıxışı ilə bağlıdır. Peyman Babayi, Mehdi Şərifi və digərlərinin Premyer Liqadakı çıxışı məni "Sumqayıt"ın təklifinə ciddi yanaşmağa vadar etdi.

"Peykan"da komanda yoldaşım olmuş Şərifinin də bu komandaya transferi həlledici oldu. Əli Qurbani də burada oynayır.

Hazırda "Sumqayıt"da 3 iranlı futbolçunun olması hamımız üçün çox yaxşıdır. Bu, ilk beynəlxalq təcrübəmdə mənə kömək edəcək".

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı