"Sumqayıt" əmioğlu futbolçularla 2 illik müqavilə bağladı

4 Fevral 2021 16:40 Sumqayıt 733
"Sumqayıt" əmioğlu futbolçularla 2 illik müqavilə bağladı

“Sumqayıt” əmioğlu futbolçular - Rüfət Abdullazadə və Səbuhi Abdullazadə ilə 2019/2020 mövsümündə bağladığı müqavilələri yeniləyib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, akademiyanın yetirməsi olan yarımmüdafiəçilərlə sözləşmələrin müddəti 2022/2023 mövsümünün sonunadək uzadılıb.

Rüfət Abdullazadə Premyer Liqada bu mövsüm 8, ümumilikdə 12 oyun, Səbuhi Abdullazadə isə bu mövsüm 8, ümumilikdə 22 oyun (1 qol) keçirib.

U-21 millisinin üzvü olan gənc yarımmüdafiəçilər 2017/18 mövsümündə yüksək dəstədə debüt ediblər.

R.Abdulazadə Premyer Liqada ilk oyununu sözügedən mövsümün XI turunda “Keşlə” ilə qarşılaşmada (3:1) keçiribsə,

S.Abdullzadə isə bu uğura 14-cü turun “Kəpəz”lə oyununda (3:0) nail olub. Onlar 2017/18 mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçular olublar.

Digər Xəbərlər
Xəbər Lenti