"Heç kimin heç kimə borcu qalmadı" - “Sumqayıt”dan gedən

3 Fevral 2021 23:40 Sumqayıt 560
"Heç kimin heç kimə borcu qalmadı" - “Sumqayıt”dan gedən

“Sumqayıt”dan ayrılan Kərəm Sultanov karyerasını ölkəsi Qazaxıstanda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, “Şaxtyor” 24 yaşlı müdafiəçini baxışa dəvət edib.

O, Karaqanda təmsilçisinin Türkiyədəki təlim-məşq toplanışına qatılıb.

Sultanov 2020-ci ilin avqustunda "Sumqayıt"a keçmişdi. Onun mövsümün sonunda başa çatmalı olan müqaviləsi yanvarda ləğv edilib.

Cari mövsümün əvvəlində "Sumqayıt"la 2 illik müqavilə imzalayan qazaxıstanlı legioner buradan təzminatsız ayrıldığını söyləyib: "Heç kimin heç kimə borcu qalmadı".

Sultanov "Sumqayıt"la vidalaşamasının artıq çəki ilə bağlı olmadığını vurğulayıb: "Düzdür, sürətlə kökəlirəm. Burada koronavirus problemi də rol oynadı.

Amma Azərbaycana gələn kimi normal məşq etməyə başladım, dərhal çəki atdım".

O, ölkə xaricindən təkliflərinin olduğunu bildirib. Lakin ad çəkmək istəməyib: "Agentlər çox yazırlar, amma konkret bir şey yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti