"Bir qədər gec ayıldıq, təslim olmağa getmirik"

2 Fevral 2021 22:20 Sumqayıt 550
"Bir qədər gec ayıldıq, təslim olmağa getmirik"

"Oyundu, daha yaxşı oynayan tərəf rəqib idi. "Səbail" zəif komanda deyil ki, onları rahat udaq.

Bizə imkan vermədilər oynamağa. Müdafiəni yaxşı qurmuşdular. Ələn düşən fürsəti yaxşı dəyərləndirdilər. Amma biz imkanlardan istifadə edə bilmədik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın yarımmüdafiəçisi Tellur Mütəllimov Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində "Səbail"ə 0:1 hesablı məğlubiyyətdən danışarkən deyib.

Həm də milli komandamızın üzvü olan futbolçu iko fərqli hissə keçirmələrini belə izah edib:"Bəzən olur ki, komandada oyun alınmır.

Fasilədə məşqçi öz tapşırıqlarını verdi və ikinci hissə oyunumuz düzəldi. İlk hissə "Səbail" daha hazırlıqlı, əzimkar mübarizə aparırdı. Biz hələ ayılmamışdıq, bir qədər gec ayıldıq".

O, səfər oyununa mərhələni keçmək üçün gedəcəklərini bildirib: "1-0 hesabı o qədər böyük fərq deyil. Hər halda 3-0, 4-0 deyil.

Şanslarımız var. Səfərdə qol vurub, oyunu dəyişə bilərik. Cavab görüşünə təslim olmağa getmirik. Mərhələni keçmək üçün gedəcəyik".

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı