Azərbaycan millisinin üzvü məşhur insanın klubunda - FOTO

2 Fevral 2021 17:20 Sumqayıt 1 164
Azərbaycan millisinin üzvü məşhur insanın klubunda - FOTO

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Sərhat Daşdəmir komandasını dəyişib.

Sportinfo.az xəbər verir ki, “Sumqayıt”ın maraq dairəsində olan 21 yaşlı hücumameyilli oyunçu İngiltərədə qalmağı üstün tutub.

I liqada çıxış edən “Piterboro”nun şərəfini qoruyan Taşdəmir II liqa təmsilçisi “Oldem Atletik”ə keçib.

O, mövsümün qalan hissəsini Avstraliyanın əfsanəvi futbolçusu Harri Kyuellin çalışdırdığı komandada icarə əsasında keçirəcək.Ad - 00:22

“Piterboro” ilə müqavilə müddəti 2022-ci ilin yayına qədər olan Sərhat Daşdəmiri qış fasiləsində “Sumqayıt” da icarəyə götürmək niyyətində idi.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM