"Futbolçular buna alışmalıdır" - Ayxan Abbasov

1 Fevral 2021 18:10 Sumqayıt 589
"Futbolçular buna alışmalıdır" - Ayxan Abbasov

"Bilirik ki, kubok oyunları çətin olur. Evdə oynadığımız üçün ən azı top buraxmamalıydıq. İlk hissə komandadan razı qalmadım. İkinci hissə isə istədiyim mübarizəni gördüm. Bir qol çatmadı. Bunun da səbəbləri var. Üzərində işləyirik. İnanıram ki, tez bir zamanda bunun da öhdəsindən gələcəyik"

Sportinfo.az məlumat verir ki, bu sözləri Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşü çərçivəsində baş tutan "Sumqayıt" - "Səbail" görüşündə sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib

Gənc mütəxəsssis komandasının ilk hissə zəif çıxış etməsini rəqibin oyunlarını düzgün analiz etməsilə əlaqələndirib: "Bu gün Rəhim, Cavid və digər bu kimi futbolçularımız var ki, hələ tam istədiyimiz formada deyil. Həm də rəqib ilk hissə bizi düzgün analiz etmişdi. Demək olar orta sahədə topla oynamağa imkan vermirdilər. İkinci hissə həm sistemi dəyişdik, həm də Rəhim oyuna daxil olandan sonra üstünlük bizə keçdi. Hər zaman demişəm ki, "Səbail" rəqiblərə qarşı ən düzgün hazırlaşan komandadır. Çalışacağıq ki, ikinci oyunda bu səhvləri təkrarlamayaq".

Abbasov hər iki cəbhədə mübarizə aparmağın çətin olduğunu etiraf edib: "Tez-tez eyni rəqiblə qarşılaşmaq bezdirici olmayacaq. Amma kubokda da bir-birimizlə düşəndə bir az çətin olur. Hesab bizə ümid verir. Elə də böyük hesabla uduzmamışıq ki, ümidimizi üzək. Hər oyuna maksimum köklənirik. İki cəbhədə mübarizə aparmaq daha çətindir. Amma futbolçular buna alışmalıdır".

Digər Xəbərlər
Xəbər Lenti