Premyer Liqa klubundan “Şaxtyor“a getdi - FOTO

1 Fevral 2021 23:00 Sumqayıt 1 071
Premyer Liqa klubundan “Şaxtyor“a getdi - FOTO

“Sumqayıt”la yollarını ayıran Kərəm Sultanov karyerasını ölkəsi Qazaxıstanda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı müdafiəçi Karaqanda “Şaxtyor”unun düşərgəsindədir.

“Sumqayıt”da əsas heyətə düşə bilməyən oyunçu Qazaxıstan təmsilçisində baxışdan keçiriləcək. Sultanov komandanın Türkiyədəki təlim-məşq toplanışına qatılıb.

Onunla bağlı son qərar yoxlama görüşlərindən sonra veriləcək. Kərəm Sultanov bu mövsüm “Sumqayıt”ın heyətində Premyer Liqada 7 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə