“Sumqayıt” Ayxan Abbasovdan ikiəlli yapışsın!

1 Fevral 2021 14:20 Sumqayıt 1 052
“Sumqayıt” Ayxan Abbasovdan ikiəlli yapışsın!

2011/2012 mövsümündən Premyer Liqada çıxış edən “Sumqayıt” Azərbaycan Kubokunda keçirilən 25 matça çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda 9 qələbə, 4 heç-heçə və 12 məğlubiyyət əldə edib.

Bu qarşılaşmalarda 29 dəfə rəqib torlarını silkələyən “kimyaçılar” 34 dəfə isə topu öz qapısında görüb.

“Sumqayıt”ın heyətində Azərbaycan Kuboku qarşılaşmalarında ən çox fərqlənən Amil Yunanovdur. Hücumçunun aktivində 6 qol var.

“Sumqayıt”ın Azərbaycan Kubokunda keçirdiyi 25 matçdan 24-nün nəticəsi 90 dəqiqə tamamında müəyyənləşib. Geridə qalan 1 qarşılaşmanın qalibi isə penalti zərbələrindən sonra məlum olub.

Belə ki, 2014/2015 mövsümünün 1/8 final mərhələsində “Bakı”ya qarşı keçirdiyimiz matçın sonunda penalti vuruşlarında komanda 3:5 hesabı ilə məğlub olaraq, mübarizəni erkən dayandırıb.

“Gənclik şəhəri“ təmsilçisi Azərbaycan Kubokunda ən uğurlu nəticəsini 2018/2019 mövsümündə baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında göstərib.

Həmin mövsümdə “Sumqayıt” tarixində ilk dəfə Azərbaycan Kubokunun final mərhələsinə yüksəlib. Naxçıvanda baş tutan final qarşılaşmasında “Qəbələ”yə minimal hesabla məğlub olan komanda Azərbaycan Kubokunun gümüş medallarına yiyələnib.

“Sumqayıt” 2020/2021 mövsümündə Azərbaycan Kubokuna 1/4 final mərhələsindən qoşulacaq. Komanda bu mərhələdə “Səbail”lə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti