“Sumqayıt“ı n iranlı legioneri Höccət Haqverdi Azərbaycan çempionatına tramplin gözüylə baxır.
Sportinfo.az xəbər verir ki, ölkəmizə yeni gəlmiş müdafiçi daha yaxşı liqaya yollanmaq istəyini gizlətməyib.
İran çempionatında çıxış edən “Peykan”ın 28 yaşlı oyunçusu “kimyaçılar”la mövsümün sonuna qədər müqavilə imzalayıb.
Haqverdi karyerası ərzində “Peykan” (90 oyun, 4 qol) və İsfahanın “Zob Ahan” (26 oyun) komandalarının uğurları üçün çalışıb:
"Premyer Liqanın oyunları Avropanın bəzi ölkələrində yayımlanır. Belədə hər hansı futbolçu başqa ölkə klublarının diqqətini çəkə bilər. Burada yaxşı çıxış edib, daha prestijli komandalardan birinə keçmək istəyirəm".

