"Sumqayıt"a biri qoşuldu, qaldı digəri

27 Yanvar 2021 22:20 Sumqayıt 709
"Sumqayıt"a biri qoşuldu, qaldı digəri

"Sumqayıt"ın zədəlilərindən xəbər var.

Klubun mətbuat xidmətindən Sportinfo.az-a məlumat verilib ki, Höccət Haqverdi artıq komanda ilə məşqlər başlayıb.

İranlı müdafiəçinin qarşıdakı görüşlərdə komandasına yardım etməsində problem yoxdur.

Kapitan Vurğun Hüseynov isə hələ də komandasından uzaqdır. Məşqlərdə iştirak etmir. Təcrübəli müdafiəçinin durumuna bir neçə gündən sonra aydınıq gələcək.

Hər iki futbolçu Premyer Liqanın 14-cu turu çərçivəsində keçirilmiş "Keşlə" ilə səfər görüşündə zədələnərək meydanı vaxtından əvvəl tərk etmişdilər.

Xəbər Lenti