"Son oyunlar həm zədə, həm də xəstəliklər yaxamızı buraxmır"

24 Yanvar 2021 17:20 Sumqayıt 541
"Son oyunlar həm zədə, həm də xəstəliklər yaxamızı buraxmır"

"Çox ağır səfər idi. Şükürlər olsun ki, 90 dəqiqə mübarizə aparıb qələbə qazandıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov deyib.

Kapitan qış fasiləsinin onlar üçün yerinə düşdüyünü düşünür: "Bilirsiniz ki, son oyunlarda həm zədə, həm də xəstəlik yaxamızı buraxmırdı. Bunun nəticəsində məğlubiyyətlərimiz oldu.

Şükürlər olsun ki, fasilə müddətində tam heyətlə yaxşı təlim-məşq toplanışı keçdik və gücümüzü bərpa etdik. Çalışacağıq qarşıdakı oyunlarda da uğurun davamını gətirək".

Təcrübəli futbolçu azlıqda qalan rəqib daha yaxşı oynamasını belə əsaslandırıb: "Düzdü, rəqib 10 nəfərlə yaxşı oynadı. Amma biz də pis çıxış etmirdik. Qolu vurandan sonra iki real qol epizodumuz oldu.

"Keşlə" son dəqiqələrdə təzyiqi artırmışdı. Bu da ondan irəli gəlirdi ki, biz daha çox son dəqiqələrdə hesabı qorumağa çalışırdıq. Şükürlər olsun ki, komanda olaraq bunun öhdəsindən gələ bildik".

Vurğun Hüseynov aldığı zədədən sonra hazırkı dürümündan da danışıb: "Dünən ayağımda ağrılar daha çox idi. Tədricən ağrılar azalır. Sabah həkimlərimiz yenidən müayinə edəcəklər. Ondan sonra dəqiq bilinəcək".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"