"Sumqayıt" görmədiyi günləri görür – Abbasovun sayəsində

24 Yanvar 2021 10:40 Sumqayıt 726
"Sumqayıt" görmədiyi günləri görür – Abbasovun sayəsində

Azərbaycan Premyer Liqasının XIV turunun “Keşlə” ilə səfər oyununda 1:0 hesabı ilə qalib gələn “Sumqayıt” yubiley qələbəsinə imza atıb.

Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı “gənclik şəhəri” təmsilçisi 2011-ci ildən çıxış etdiyi Premyer Liqada 75-ci dəfə meydanı 3 xalla tərk edib.

Bu, 286-cı oyuna təsadüf edib. Komandanın qələbə faizi 26,2-yə bərabərdir. “Sumqayıt” 10 il ərzində keçirdiyi bu matçlarda 75 heç-heçə edib və 136 dəfə uduzub.

Sumqayıtlılar Premyer Liqada ilk qələbəsini 2011-ci il oktyabrın 30-da AZAL-la matçda qazanıb - 2:1.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!