"Sumqayıt"dan mənə dedilər ki, problemi özün həll et - Necə həll edim?"

23 Yanvar 2021 16:40 Sumqayıt 1 086
"Sumqayıt"dan mənə dedilər ki, problemi özün həll et - Necə həll edim?"

"Belə qərara gəldik ki, yollarımızı qarşılıqlı razılıq əsasında ayıraq".

Sportinfo.az xəbər verir ki, bunu "Sumqayıt"ın sabiq legioneri Kərəm Sultanov deyib.

25 yaşlı müdafiəçi "sports.kz" nəşrinə müsahibəsində "gənclik şəhəri" təmsilçisi ilə vidalaşması barədə danışıb və rəhbərlikdən gileylənib.

Qazaxıstanın gənclər yığmasının keçmiş üzvü bildirib ki, müqaviləni pozmağı ona klub təklif edib: "Yeni ildən sonra Qazaxıstana getmək problemli idi.

Çünki həm bizdə, həm də Azərbaycanda məhdudiyyətlər var. Klubdan dedilər ki, problemi yerindəcə özün həll et. Mən necə həll edim?! Müəyyən vaxtdan sonra isə sözləşməni pozmağı təklif etdilər".

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!