Aldıqları pula, oynadıqları futbola bax! - FOTOREPORTAJ

23 Yanvar 2021 09:20 Sumqayıt 1 289
Aldıqları pula, oynadıqları futbola bax! - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, II dövrənin sonuncu matçında "Keşlə" "Sumqayıt"ı qəbul edib.

"ASK Arena"dakı qarşılaşma qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 3-cü dəqiqədə Tellur Mütəllimov paytaxt təmsilçisini məyus edib.

"Keşlə" 38-ci dəqiqədə azlıqda qalıb. Elçin Mustafayev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

59-cu dəqiqədə isə "Sumqayıt"ın yeni transferi Höccət Haqverdi zədələnib. 28 yaşlı müdafiəçinin yerinə meydana Elvin Bədəlov daxil olub.

"Sumqayıt" qələbə sayəsində xallarının sayını 19-a çatdırıb və 4-cü pillədəki mövqeyini möhkəmləndirib. "Keşlə" isə 13 xalla 7-ci sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM