"Azərbaycanda klubların şəraitini gördüm və təəccübləndim"

21 Yanvar 2021 23:00 Sumqayıt 938
"Azərbaycanda klubların şəraitini gördüm və təəccübləndim"

"Bütün iranlılar kimi, mən də Şərqi Avropa ölkəsinin çempionatı barədə heç nə bilmirdim".

Sportinfo.az xəbər verir ki, bu fikirlər "Sumqayıt"la yenicə müqavilə bağlayan Höccət Haqverdiyə məxsusdur.

Arazın o tayından gəlib, "kimyaçılar"la 6 aylıq anlaşan müdafiəçi buna kimi Azərbaycan futbolu barədə məlumatsız olduğunu diqqətə çatdırıb:

"Amma buradakı idman obyektlərini, oyun üslubunu, klubların şəraitini görəndən sonra təəccübləndim. İranla müqayisədə yüksək səviyyədə avadanlıqlara sahibdirlər.

Komandamızın xüsusi düşərgəsi və üç məşq meydançası var. Futbolçuların bu amillərin nə dərəcədə önəmli olduğunu yaxşı bilir.

İranda əkin sahəsinə bənzəyən ərazidə məşq edirdik. Burada isə vəziyyət tam fərqlidir. Daha yaxşı komandaya keçmək üçün"Sumqayıt"dan tramplin kimi istifədə edə bilərəm".

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!