"Bizdən inciyə bilməz, o, öz istəyi ilə komandadan gedib"

21 Yanvar 2021 11:40 Sumqayıt 768
"Bizdən inciyə bilməz, o, öz istəyi ilə komandadan gedib"

"Kərəmin fikirləri ilə tanışam. Açığı, bu, klub olaraq bizə də qəribə gəldi".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.

Klub sözçüsü qış fasiləsində komandadan ayrılan Kərəm Sultanovun öz ölkəsinin mətbuatına verdiyi müsahibədə "Sumqayıt" rəhbərliyindən şikayət etməsinin əsasız olduğunu bildirib:

"O, görəsən, anlaşılmazlıq deyəndə nəyi nəzərdə tutur? Kərəm Sultanovun klub rəhbərliyi və məşqçi heyəti ilə arasında hər hansı problemin olmasından söhbət gedə bilməz. Klubdan ayrılmasına görə arada nəsə narazılıq olmayıb.

Kərəm Qazaxıstanda çıxış edib. 1 ilə yaxın idi zədəsinə görə futbol oynamırdı. Bunu Ayxan Abbasov da açıqlamalarında deyib.

Məşqçilər korpusu onun formaya düşəcəyinə ümid edirdi. Amma qış fasiləsi ərəfəsində şəxsən özü klub rəhbərliyi ilə görüşüb və getmək istəməsini bildirdi.

Hər hansı narazıçılıqdan, inciylikdən söhbət belə gedə bilməz. Öz istəyindən sonra klub onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib".

Rəşad Məmmədov Kərəm Sultanovun yük gəmisində Azərbaycana gəlməsinə də aydınlıq gətirib:

"Yük gəmisində gəlməsindən söz açıb. Həmin ərəfədə Qazaxıstandan bura hava nəqliyyatı mümkünsüz idi.

Buna görə də klub səfirliyə müraciət etmişdi. Səfirlik sağ olsun. Məhz onların köməyi sayəsində Kərəm Azərbaycana gəlmişdi.

Qış fasiləsi ərəfəsində şəxsən özü klub rəhbərliyi ilə görüşüb və getmək istəməsini bildirib.

Hər hansı narazılıqdan, inciklikdən söhbət belə gedə bilməz. Öz istəyindən sonra klub onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib".

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”