Dünən qayıtdı, bu gün "Sumqayıt"ın sirrinin üstünü açdı

20 Yanvar 2021 13:40 Sumqayıt 977
Dünən qayıtdı, bu gün "Sumqayıt"ın sirrinin üstünü açdı

"Əli Qurbani "Sumqayıt"da həm özünü yaxşı tərəfdən göstərdi, həm də ölkədə futbol üçün əla şəraitin olduğunu gördü".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Sumqayıt"ın köhnə-yeni transferi Mehdi Şərifiyə məxsusdur.

Altı aylıq fasilədən sonra keçmiş klubuna dönən iranlı legioner burada həmyerliləri Əli Qurbani və Höccət Haqverdi ilə çiyin-çiyinə çıxış etdiyini xatırladıb.

Azərbaycanla heç bir bağlılığı olmayan forvard bunun özü üçün müsbət amil olduğunu söyləyib:

"Haqverdi də mənimlə eyni komandadadır. Bizim eyni klubda oynamağımız yaxşıdır. Bu, daha güclü kollektiv olmağımıza kömək edəcək.

Əsas hədəfimiz avrokuboklar zonasına düşməkdir. Ümid edirəm ki, bunun üçün klubda münasib şərait yaradılıb".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!