“Əli nə qədər qol vursa da, xeyri olmaz“

18 Yanvar 2021 13:40 Sumqayıt 730
“Əli nə qədər qol vursa da, xeyri olmaz“

“Əli bizim üçün önəmli oyunçudur, vurduğu qollarla komandanın irəli getməsinə yardım edir“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Sumqayıt“ın kapitanı Vurğun Hüseynova məxsusdur.

Bəzilərinin fikrincə, “Sumqayıt” bu gün bir futbolçudan asılı komandadır, Əli Qurbani meydanda olmayanda qələbə qazana bilmir. Müdafiəçi bu yanaşma ilə razılaşmır:

“Bu o demək deyil ki, bütün yük onun üzərinə düşür. Meydanda olanların hər birinin öz işi var. Müdafiəçi etibarlı oynamasa,

Əli nə qədər qol vursa da, xeyri olmaz. Və ya yarımmüdafiə xətti Qurbanini topla təmin etməsə, o, necə qolları sıralaya bilərdi? Qapıçılarımızın “çərçivə”də inamlı oyununu da unutmaq olmaz.

Deməyim odur ki, bizim komandanın əsas üstün cəhəti kollektiv oyundur. Kimlərisə xüsusi fərqləndirmək düzgün olmaz. Bəli, Qurbani “vuran ayaqdır”, amma onunla çiyin-çiyinə oynayanların da zəhmətini kiçiltmək düzgün çıxmaz“.

Digər Xəbərlər
Xəbər Lenti