“Sumqayıt“ın yeni legioneri: “Mən farsam, azərbaycanlı deyiləm“

17 Yanvar 2021 13:40 Sumqayıt 1 618
“Sumqayıt“ın yeni legioneri: “Mən farsam, azərbaycanlı deyiləm“

“Mən farsam, azərbaycanlı deyiləm“.

Sportinfo.az xəbər verir ki, bu etirafı “Sumqayıt“ın yeni transferi Höccət Haqverdi dilə gətirib.

Premyer Liqa təmsilçisi "Peykan"ın mərkəz müdafiəçisi ilə cari mövsümün sonuna qədər müqavilə imzalayıb.

Karyerası ərzində "Peykan" (90 oyun, 4 qol) və İsfahanın "Zob Ahan" (26 oyun) komandalarının uğurları üçün çalışan 28 yaşlı arxa xətt oyunçusu bu müddətdə iki dəfə İran Kubokunu, bir dəfə Super Kuboku qazanıb.

İranlı legioner özü haqda bunlari deyib: "Məşhəddə doğulmuşam. Açığı, bura gələnədək Məşhəd şəhərinin Azərbaycanda məşhur olduğunu bilmirdim.

Bu, çox gözəldir. Burada bir oyunçu da mənə hər il Məşhədə Azərbaycandan çoxlu zəvvar getdiyini bildirib”. (Oxu.az)

Xəbər Lenti