”Özümə klub axtarırdım, “Sumqayıt”a gəlməyə qərar verdim"

16 Yanvar 2021 21:00 Sumqayıt 877
”Özümə klub axtarırdım, “Sumqayıt”a gəlməyə qərar verdim"

“Azərbaycanda olmağımdan şadam. Mən karyeramda yeni təcrübə üçün özümə klub axtarırdım.

Azərbaycan və “Sumqayıt” barədə çox yaxşı şeylər eşitmişdim. Ona görə də bura gəlməyə qərar verdim”.

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında “Sumqayıt”ın 4 gün əvvəl mövsümün sonunadək müqavilə bağladığı futbolçusu Höccət Haqverdi deyib.

27 yaşlı mərkəz müdafiəçisi keçidi haqda bunları bildirib: “Özümü burda çox yaxşı hiss edirəm. Görürəm ki, komandada çox yaxşı oyunçularımız var.

Həmçinin çox yaxşı məşqçiyə (baş məşqçi Ayxan Abbasovu nəzərdə tutur) də sahibik. Əminəm ki, cari mövsümün qalan hissəsində çox yaxşı nəticələr əldə edə bilərik. Bunun olması üçün şəxsən mən əlimdən gələnin ən yaxşısını edəcəyəm”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”