"Sumqayıt"a gəmiylə qaçıb gəlmişdi, axırı da belə…

15 Yanvar 2021 22:00 Sumqayıt 2 431
"Sumqayıt"a gəmiylə qaçıb gəlmişdi, axırı da belə…

Qazaxıstanın U-21 millisinin sabiq üzvü Kərəm Sultanov "Sumqayıt"da duruş gətirmədi.

"Gənclik şəhəri" təmsilçisi yayda 2 illik müqavilə imzaladığı 24 yaşlı yarımmüdafiəçi ilə yollarını ötən gün ayırdı.

Gediş səbəbi maraqlıdır – Kərəm artıq çəkidən qurtulmaq istəməyib. Demə, o, ilk dəfə Azərbaycana ayaq basanda çəkisi 110 kilo olub.

Bir neçə xüsusi məşq proqramı və pəhriz resepti də ona kar etməyib. Qida rasionuna diqqət yetirməyən Sultanov məşqlərin ağırlığına dözməyərək, getmək istədiyini bildirib.

Qazaxıstanlı legionerin eəl gəlişi də bir macəra olub. Belə ki, karantin rejimi ilə əlaqədar avqustda hava nəqliyyatı normal qrafik üzrə çalışmadığından, "Sumqayıt" çıxış yolunu yük gəmisində görüb.

Kərəm məhz yük gəmisində əməkdaş kimi qeydiyyata düşərək, özünü Bakı limanıına yetirib. Və bu da axırı…

K.Sultanovun son klubu Qazaxıstan "Kaspi"si olub. Bundan əlavə o, ölkəsində "Ordabası", "Bayterek", "Kızıl-Jar" kimi komandalarda da çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti