"Sumqayıt"dan yeni transfer - Rəsmi

15 Yanvar 2021 13:20 Sumqayıt 1 539
"Sumqayıt"dan yeni transfer - Rəsmi

Premyer Liqanın 2-ci yarısı üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son olaraq Moldovanın “Dinamo-Avto” komandasında çıxış etmiş cinah oyunçusu Dmitri Nağıyevlə 2.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Dmitri Nağıyev “Dinamo-Avto” (21 oyun, 1 qol) ilə yanaşı “Stumbras” (1 oyun), “Qarabağ Vyana” (15 oyun, 1 qol) və “Dnepr”in (13 oyun, 1 qol) uğurları üçün çalışıb. Nağıyev həmçinin U-21 millimizdə də (2 oyun) çıxış edib

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM