"İnkişafdayıq, bu, komandanın maksimumu deyil" - FOTOLAR

15 Yanvar 2021 11:00 Sumqayıt 555
"İnkişafdayıq, bu, komandanın maksimumu deyil" - FOTOLAR

Mövsümün ikinci hissəsinə hazırlıqları davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” “Sumqayıt”la görüşüb.

Baş məşqçi Elmar Baxşıyev Sumqayıtdakı “Kapital Bank Arena”da təşkil olunan matçda aşağıdakı “11-liy”ə şans verib: Tərlan Əhmədli, Cavid Hüseynov, Murad Musayev, Ülvi İsgəndərov, Yusif Nəbiyev, Roman Hüseynov, İdris İnqilablı, Nikolas Raysel, Stefan Vukçeviç, Vinko Medimoreç, Yaovi Akakpo.

Qarşılaşmada vurulan hər iki qol matçın ilk yarısına təsadüf edib. Hissənin ortalarında meydan sahibləri hesabda önə keçib.

Murad Xaçayev “Sumqayıt”ın qolunun müəllifi olub. Fasilə ərəfəsində “qırmızı-qaralar” bərabərlik qoluna imza atıb. Nikolas Raysel fərqlənib.

Elmar Baxşıyev ikinci hissədə fərqli “11-liy”ə şans verib. Yalnız qapıçı Tərlan Əhmədli hər iki hissədə meydanda olub:

Tərlan Əhmədli, Faiq Hacıyev, Sadiq Quliyev, Rüfət Əhmədov, Asif Məmmədov, Yurgen Qoxa, Rafael Utziq, Ehtiram Şahverdiyev, Rövlan Muradov, Merab Qiqauri, Ceyms Adeniyi.

Fasilədən sonra da oyunda qarşılıqlı hücumlar müşahidə olunub. Hər iki komanda rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaratmağı bacarıb. Lakin son zərbələri dəqiq alınmayan rəqiblər hesabı dəyişə bilməyib – 1:1.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev hazırlıq prosesi və matç haqda fikirlərini açıqlayıb: “Qış fasiləsində həm fiziki, həm taktiki-texniki hazırlıq üzərində çalışmağı planlaşdırmışdıq.

Toplanışın arxada qalan hissəsində də bunun üzərində işlədik. Qəbələdə hər bir şərait var. Antalya yalnız sınaq matçları üçün rəqiblərin olması ilə fərqlənir.

Qəbələdə rəqib komandaları da qəbul etməyə imkan var. Çempionatda fasilə çox olmadığından bir oyunla kifayətlənmək mümkündür. Komanda inkişafdadır.

Bu, komandanın maksimumu deyil və daha yaxşı olacağına ümid edirəm. Getdikcə öz oyunumuzu nümayiş etdirəcəyik. Komandanı komplektləşdirib, müqavimətə davamlı kollektiv yaratmağa çalışırıq.

Hər rəqiblə görüşdə öz oyunumuzu nümayiş etdirməyimiz sevindirir. Bugünkü qarşılaşmada bütün oyunçulara şans verdim ki, onların hər biri qarşılaş

madakı yükləməni götürsün. Heyətdə zədəli olmadığından tam heyətlə “Zirə”ylə matça hazırlaşırıq. Hələ kubok matçı barədə düşünmürük.

Bütün fikrimiz “Zirə” ilə qarşılaşma ilə bağlıdır. Kubokda da yaxşı nəticələr qazanmaq istəyirik. Komanda məşqlərdə yaxşı çalışır. Futbolçular məsuliyyəti dərk edir və bizim tələblərimizi yerinə yetirirlər”.

“Sumqayıt” – “Qəbələ” 1:1

Qol: Murad Xaçayev, 24 – Nikolas Raysel, 42

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"