"Sumqayıt"da iki ayrılıq birdən

14 Yanvar 2021 19:20 Sumqayıt 1 036
"Sumqayıt"da iki ayrılıq birdən

“Sumqayıt” klubu iki futbolçusu ilə yollarını ayıracaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Ayxan Abbasov məlumat verib.

O bildirib ki, qazaxıstanlı müdafiəçi Kərəm Sultanov və iranlı yarımmüdafiəçi Adəm Həmati ilə vidalaşacaqlar: “Onlar burada az şans qazandılar, özlərinə də dedik. Adəm bu sistemdə oynamamışdı, çətinlik çəkirdi. Yəqin ki, yaxın günlərdə klub rəhbərliyi bu barədə məlumat verəcək. Çalışacağıq ki, onlar da futbolsuz qalmasın, karyeralarına öz ölkələrində davam etdirsinlər”.

Digər Xəbərlər
Xəbər Lenti