Nazir yığmanın problemləri ilə maraqlandı - FOTOLAR

8 Oktyabr 2021 09:20 Sportinfo TV 696
Nazir yığmanın problemləri ilə maraqlandı - FOTOLAR

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) fəaliyyəti ilə tanış olub.

Sportinfo.az xəbər verir ki, F.Qayıbov velosiped idmanı üzrə yığma komandanın üzvləri ilə, eləcə də paravelosipedçilərlə görüşüb, onların problemləri ilə maraqlanıb, məşq proseslərini izləyib.

Nazir federasiyada və Respublika Velotrekində yaradılmış şəraitlə də maraqlanıb. O, qurumun nəzdindəki muzeyə də baxıb.

AVİF-in I vitse-prezidenti Sahib Ələkbərov nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib.

Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Görüşdə federasiyanın baş katibi Fərhad Əliyev, yığma komandanın baş məşqçisi Əbülfəz Məmmədov iştirak ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!