ŞOK AÇIQLAMA! “Legionerə “maaşının yarısını geri qaytar” demək çətindir”

25 Dekabr 2025 23:20 Sizdən Bizə 1 096
ŞOK AÇIQLAMA! “Legionerə “maaşının yarısını geri qaytar” demək çətindir”

Tanınmış rusiyalı futbol meneceri Dmitri Selyuk Qazaxıstan Premyer Liqasında legioner limitinin sərtləşdirilməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, bunun şəxsi maraqlara xidmət etdiyini düşünür.

Selyuk qazaxıstanlılara Azərbaycan Premyer Liqasındakı legioner limitini nümunə göstərib:

“Bu fikirləri təbliğ edənlər ya heç nə bilmirlər, ya da şəxsi maraqlardan çıxış edirlər. Çünki qazaxıstanlı futbolçular vasitəsilə pul “oğurlamaq” daha asandır.

Xarici futbolçuya “maaşının yarısını geri qaytar” demək çətindir. İndi hamı məhdudiyyətləri aradan qaldırır.

Məsələn, Azərbaycan legioner limitini artırdı. Hamı çərçivələri genişləndirir,

Qazaxıstan isə bağlanmağa başlayır. Bu, heç bir yaxşı nəticə verməyəcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 20:00 Çək və bizə göndər!
8 Fevral 03:20 "Gəncə"dən qalibiyyət