"Azərbaycan millisinə Qurban Qurbanov və ya Rəşad Sadıqov lazımdır"

3 Dekabr 2023 02:20 Sizdən Bizə 1 134
"Azərbaycan millisinə Qurban Qurbanov və ya Rəşad Sadıqov lazımdır"

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının keçmiş futbolçusu Aleksandr Çertoqanov sportal.az-a müsahibə verib.

Yığmamızda 52 oyun keçirmiş veteran oyunçu millinin son tsiklədki çıxışını dəyərləndirib:

- Azərbaycan milli komandası son tsikldə beş komandanın yer aldığı qrupu dördüncü başa vura bildi. Nəticəni necə qiymətləndirirsən?

- Əslində, bütün oyunları bir-bir yada salıb, ayrıca müzakirə etmək olar. Bunun üçün isə çox zaman lazımdır. İndi nəticə belə oldu. Yəqin ki, nəticə bu komandalar arasında millimizin edə biləcəyi maksimumdur. Amma yaxşı anlar da var idi. Onu da qeyd etmək olar.

- Canni De Byazi baş məşqçi postundan ayrıldı. Səncə, o, nəsə edə bildi?

- Məncə, o, güclü nəsə edə bilmədi. Fikrimcə, onun dövründə millinin oyununda hansısa inkişaf baş verməyib, dəyişiklik də həmçinin.

- Milli komandamızın baş məşqçi postuna namizədlər arasında Qurban Qurbanov, Rəşad Sadıqov və Arif Əsədovun adı var. Bu haqda fikrin necədir?

- Azərbaycan millisinə Qurban Qurbanov və ya Rəşad Sadıqov lazımdır. Amma onların işinə mane olmaq lazım deyil. İkisindən biri baş məşqçi postuna dəvət ediləcəksə, onlara da vaxt vermək və gözləmək vacibdir. Çünki onar Azərbaycan futbolunu çox yaxşı tanıyırlar.

- Səncə, Azərbaycan millisinə yerli məşqçi lazımdır?

- Azərbaycan millisinə yaxşı, düzgün məşqçi lazımdır. Milliyə yalnız pul üçün gələcək biri lazım deyil. Ümidvaram ki, milli üçün doğru seçim ediləcək.

- Sənin də millidə oynadığın vaxtda Azərbaycan millisi Bakıda Belçikadan xal alırdı, Türkiyəni məğlub edirdi. İndi isə belə nəticələrə baş vermir...

- Azərbaycan Premyer Liqasında eniş var idi. Nəsil dəyişikliyi də oldu. Məncə, liqanın səviyyəsi bir az düşüb. Bütün bunlar da yığma komandanın çıxışına təsir edirdi. Ancaq hazırda Azərbaycan millisində çox yaxşı futbolçular yer alıb. Sadəcə indi onların xidmətindən düzgün istifadə edə biləcək, doğru yönəldəcək baş məşqçiyə ehtiyac var.

- İndi əksəriyyət Maqomed Adiyevin Qazaxıstan millisinin inkişafa çatdırmasını müzakirə edir. Səncə, bu komanda Azərbaycan millisindən çox güclüdür?

- Məncə, bəli, hazırda Qazaxıstan Azərbaycan millisindən güclüdür. Amma Qazaxıstan çempionatında eniş olmayıb. Azərbaycan çempionatında isə cəmi 10 komanda mübarizə aparır. Bəzi klublar fəaliyyətini dayandırdı. Daha sonra yeniləri sıfırdan quruldu. Bu müəyyən müddət davam edir. Bütün bunlar çempionata mənfi mənada təsirini göstərir. Əziyyət çəkən isə sonda milli komanda olur.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI