Şenol Güneş: “Sabah" yaxşı yatırım edib, olduqca iddialıdır”

13 May 2023 19:20 Sizdən Bizə 840
Şenol Güneş: “Sabah" yaxşı yatırım edib, olduqca iddialıdır”

"Beşiktaş"ın baş məşqçisi Şenol Güneş azərbaycanlı jurnalistlərə müsahibə verib.

Sportinfo.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən 70 yaşlı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:

"Azərbaycana milli komandanı çalışdırdığım dönəmdə gəlmişdim. O dövrlə müqayisədə çox şeyin dəyişdiyini görürəm.

Eyni şeyi futbola da aid edirəm. Rasi Kara ilə Serpil Hamdi Tüzün Azərbaycanda baş məşqçi kimi çalışıblar.

Burada özümüzü yad hiss etmirik. İki dövlət, tək dövlət anlayışını görürük.

"Sabah" yaxşı yatırım edib, keyfiyyətli oyunçu qrupuna sahibdirlər. Bu dəyişikliyi müsbət dəyərləndirirəm.

Zəlzələ qurbanları üçün yardım matçı keçirəcəyik. Ümid edirəm çox gözəl oyun olar. Tək istəyimiz budur.

"Beşiktaş" olaraq zəlzələdən ziyan görmüş insanlarımızın yanında olduq, olmağa da davam edirik.

Klubumuzun prezidenti Ahmet Nur Çebi, İdarə Heyəti üzvləri, "Sabah"ın prezidenti və funksionerləri bu matçın təşkilində vacib rol oynadılar.

"Sabah" olduqca iddialı bir komandadır. Yaxşı oyunçulara sahibdirlər.

Futbolçuların yaş ortalaması yüksək deyil. Akademiyadan da oyunçu yetişdirsələr, daha da güclü olarlar.

Düşünürm ki, Azərbaycanda Avropaya səs salan oyunçular çıxmalıdır. Başlanğıc olsa, arxası gələcək.

Bizdə də çətin idi. Amma arxası gəldi və Avropda oynayan futbolçularımız çoxaldı.

Azərbaycanda "Beşiktaş" azarkeşlərinin çox olduğunu bilirəm. Rəsmi oyun olmasa da, futbolçuıların azarkeşləri xoşbəxt etməsi vacibdir".

Digər Xəbərlər
Xəbər Lenti