Ərdoğan Azərbaycanla daha bir sazişi təsdiqlədi

6 Aprel 10:50 Sizdən Bizə 524
Ərdoğan Azərbaycanla daha bir sazişi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, qərar bu gün “Resmi Gazete”də dərc olunub.

“31 oktyabr 2017-ci il tarixində imzalanan və 7270 saylı qanunla təsdiqlənməsi uyğun görülən əlavəli “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”in 9 saylı Prezident fərmanının 2 və 3-cü maddələri əsasında təsdiqlənməsinə qərar verilmişdir”,- deyə məlumatda qeyd olunub.

Türkiyə Prezidentinin təsdiqi ilə saziş qüvvəyə minib.

Qeyd edək ki, 2017-ci il 31 oktyabrda Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib. İclasdan sonra Prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan və Türkiyə arasında bir sıra sənədlərin imzalanması mərasimi olub.

İki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Türkiyənin o dövrkü milli müdafiə naziri Nurettin Canikli imzalayıblar.

Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 22:00 32-ci dəfə çempion