Azərbaycan klubunda baş məşqçinin istefasını səsə qoydular

18 Noyabr 2023 11:20 Şamaxı 1 672
Azərbaycan klubunda baş məşqçinin istefasını səsə qoydular

«Şamaxı»da klubdaxili toplantı keçirilib.

İdarə Heyətinin toplantısında komandanın I Liqada cari çıxışı genqiş müzakirə olunub.

Rəhbərlik geridə qalan 8 turda qeydə alınan nəticələrdən kəskin narazılıq ifadə edib. Son turda Zaqatala səfərindən 1:1-lik bərabərliklə qayıdan baş məşqçi Vüqar Əsgərlinin məsələsi burada müzakirəyə çıxarılıb.

Gənc çalışdırıcının istefaya göndərilib-göndərilməməsi səsə qoyulub. İdarə Heyətinin üzvləri sonda qərara gəlib ki, ona daha 1 turluq şans verilsin.

Kollektiv ilk dövrənin bağlanış həftəsində «Karvan»ı evdə uda bilməsə, Əsgərliyə «bye-bye» deyiləcək.

İddiası Premyer Liqaya qayıtmaq olan «Şamaxı» 8 tura 15 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Əyalət təmsilçisi lider «Qaradağ Lökbatan»dan 2 xal geri qalır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:50 Çək və bizə göndər!
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?