Baş məşqçi bu köməkçisini vəzifəsindən uzaqlaşdırdı - SON DƏQİQƏ

16 Noyabr 2024 13:00 Şamaxı 3 597
Baş məşqçi bu köməkçisini vəzifəsindən uzaqlaşdırdı - SON DƏQİQƏ

«Şamaxı»nın məşqçi korpusunda ayrılıq reallaşıb.

Ayxan Abbasov analitik Ceyhun Rzayevi vəzifəsindən kənarlaşdırıb.

Görünür, çaldışdırıcı onun işindən tam razı qalmadığı üçün vidalaşmağı lazım bilib.

Rzayev 3 ilə yaxın idi ki, əyalət komandasında çalışırdı.

Cavid Hüseynovun vaxtında bura cəlb olunan mütəxəssis ondan sonra Vüqar Əsgərov və Ramiz Məmmədovla fəaliyyət göstərib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM