Mərhum baş məşqçinin oğlu ilə 1+1 illik müqavilə imzalandı

10 İyul 01:10 Şamaxı 2 162
Mərhum baş məşqçinin oğlu ilə 1+1 illik müqavilə imzalandı

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi “Qəbələ”dən Emil Süleymanovu transfer edib. Yarımmüdafiəçi ilə ikiillik (1+1) müqavilə imzalanıb.

2004-cü il təvəllüdlü orta sahə oyunçusu ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirib. O, mərhum baş məşqçi Eldəniz Süleymanovun oğludur.

Şamaxı" bunadək Azər Bağırov (baş məşqçi, "Kəpəz"), Sənan Muradlı ("Sumqayıt" - icarə) Emin Rüstəmov ("Karvan-Yevlax"), Uğur Cahangirov ("Karvan-Yevlax"), Ceyhun Bağırzadə ("Qəbələ-2"), Okan Təhməzli (“Qəbələ”) və Hacıəli Şirəliyevi kluba cəlb edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!