Tanış braziliyalı müdafiəçi özünü bölgə klubuna təklif etdi, baş məşqçi "yox" dedi

8 İyul 21:00 Şamaxı 2 205
Tanış braziliyalı müdafiəçi özünü bölgə klubuna təklif etdi, baş məşqçi "yox" dedi

"İmişli"dən ayrılan Rafael Vieqaş karyerasını ölkəmizdə davam etdirmək istəyir.

Bu səbəbdən braziliyalı legioner öz xidmətini "Şamaxı"ya təklif edib.

Onun 4 min dollarlıq maaş istəyi də "şirlər"in büdcəsinə tam uyğun olub.

Amma bölgə klubunun başı məşqçisi Azər Bağırov 32 yaşlı legioneri bəyənməyib.

Bu səbəbdən keçid baş tutmayıb.

Danışıqlar başlamadan bitib.

Vieqaş son mövsüm "İmişli"nin heyətində 32 oyunda meydana çıxıb və 1 qolla yadda qalıb.

Onunla başa çatan müqavilə sezonun sonu yenilənməyib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!