Bombardir iki kluba güzəşt etmədi, daha ucuz qiymətə ora yollandı

10 İyul 23:00 Şamaxı 291
Bombardir iki kluba güzəşt etmədi, daha ucuz qiymətə ora yollandı

"Şamaxı"dan ayrılan Kərim Rossinin "Qəbələ" ilə anlaşdığını xəbər vermişdik.

Onun yeni klubundakı aylıq maaşı da məlum olub.

Forvard "qırmızı qaralar"da ilinə 100 min dollar qazanacaq.

32 yaşlı legionerin "Şamaxı"dakı illik qazancı bundan çox aşağı idi. Təxminən 40-45 min dollar.

Amma buna rəğmən "Qəbələ"nin Rossini kifayət qədər münasib qiymətə heyətinə qatdığını demək olar.

Belə ki, mövsüm başa çatandan sonra isveçirəli özünü "Sumqayıt" və "Zirə"yə təqdim etmişdi.

Hətta tərəflər arasında danışıqlar olmuşdu.

Amma hücumçu illik 150 min dollar istəyindən 1 qəpik də aşağı düşmədiyi üçün adıçəkilən klublara keçidi baş tutmamışdı.

Görünür, bölgə klubu onun dilini daha yaxşı başa düşüb.

Kərim Rossi 2025/26 sezonunda "Şamaxı"da keçirdiyi 35 görüşdə vurduğu 13 qolla adından söz etdirərək komandasının bombardiri olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!