Keçmiş klubuna qayıtmaq üçün yüksək maaşdan imtina etdi

22 Yanvar 2024 23:40 Şamaxı 932
Keçmiş klubuna qayıtmaq üçün yüksək maaşdan imtina etdi

"Şamaxı" sabiq futbolçusunu sıralarına qatıb.

Söhbət "İrəvan"dan ayrılan mərkəz müdafiəçisi Arsen Ağcabəyovdan gedir.

23 yaşlı gənc bu keçid üçün öz qazancından da keçməli olub.

Belə ki, "İrəvan"nın Arsenə bir neçə ayın maaş (3000) ödəməsi qalıb. Futbolçu AFFA-ya məktub ünvanlayaraq, alacaqlarından imtina edib.

Qarşılığında isə ona azad agent statusu verilib. O, yalnız bundan sonra "şirlər"in düşərgəsinə qoşula bilib.

Gənclər millimizin sabiq üzvü ötən mövsümü "Şamaxı"da keçirmişdi.

"Qəbələ"nin yetirməsi daha əvvəl "Sabah", "Sumqayıt" və "Səbail" klublarının formasını geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!