
"Hazırda komandamızda olan bütün futbolçuların maaşları ödənib.
Bura əvəzedici komandanı və digər yaş qruplarını da aid edə bilərik. Hissə-hissə ödənişlər edilir".
Bunu Sportinfo.az açıqlamasında "Şamaxı"nın mətbut xidmətinin rəhbəri Yusif Hüseynov klubun futbolçulara olan borcları ilə bağlı mətbuatda yazılanlara münasibət bildirərkən deyib.
Klub rəsmisi gedənlərlə bağlı yaranmış narazılığa da aydınlıq gətirib:
"Son qəpiyinə kimi gedən futbolçuların pulu veriləcək. Təbii ki, burada gedənlər-qalanlar deyə bir məsələ yoxdur.
Futbolçuların özünə də dəfələrlə deyilib ki, hər kəsin pulu ödəniləcək. Sadəcə gözləmələri üçün bir az zaman istəmişik".
XANOĞLAN