
AFFA ilə “Şamaxı” arasında ciddi problem yaranıb.
Federasiya ötən mövsümün maddi cəhətdən ən kasad iştirakçısı olan əyalət təmsilçisi qarşında götürdüyü öhdəlikləri 3 aya yaxındır yerinə yetirmir.
Qurum dövlət tərəfindən ayrılan yardım paketinin son bölümünü icrasından yayınır. “Şamaxı”lılar sonuncu dəfə mart ayının pulunu alıb.
Aprel və may ayına olan ödəmələr həyata keçirilməyib.
AFFA-nın müxtəlif bəhanələrlə həmin ayların pulunu klubun hesabına köçürməyi yubandırması məşqçi və futbolçuları lap hiddətləndirib.
Premyer Liqanı tərk edən kollektivin üzvləri AFFA-ya üz tutaraq, Sərxan hacıyevlə görüşmək istədiklərini bildirib.
Fəqət, baş katib problemin həllinə gücünü çatmadığı təəssüratı yaradaraq, yaxasını kənara çəkib.
SPORTİNFO.AZ