Bu futbolçu "Zirə"ni bölgə klubuna dəyişdi

4 Fevral 2023 23:40 Şamaxı 1 024
Bu futbolçu "Zirə"ni bölgə klubuna dəyişdi

“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib.

Belə ki, “Zirə”nin yarımmüdafiəçisi Ramin Əhmədov mövsümün ikinci yarısını bölgə klubunda keçirəcək.

Tərəflər gənc futboçu ilə bağlı bütün detallarda razılıq əldə ediblər.

Ramin bu mövsüm biri ölkə kuboku olmaqla 8 oyunda üst-üstə cəmi 70 dəqiqə oynamaq şansı qazanıb.

21 yaşlı orta xətt oyunçusu 2021-ci il Birinci Divizion təmsilçisi “Zaqatala”dan paytaxt klubuna transfer olunub.

Onun “Zirə” ilə müqaviləsi 2025-ci ildə başa çatacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi