"Qarabağ"a surpriz etməyə hazırsız?

30 Yanvar 2023 16:40 Şamaxı 997
"Qarabağ"a surpriz etməyə hazırsız?

"Şamaxı" yeni ilə qələbə ilə başaldı. Doğma meydanda "Səbail"i qəbul edən bölgə klubu sonda əzmkar qələbəyə sevindi.

Belə ki, ilk hissə 0:1 məğlub durumda olan "Şirlər" fasilədən sonra vurduğu iki qolla 3 xalı bayram etdi.

Komandanın qapıçısı Rəşad Əzizli Sportinfo.az-a müsahibəsində gərgin keçən oyundan danışıb.

- Rəşad, mövsümün ikinci yarısına "Səbail" üzərində qələbə ilə başladınız. Oyun haqqında təəssüratların necədir?

- Oyun düşündüyümüz kimi çətin keçdi. Rəqibin Antalya toplanışındakı yoxlama görüşlərini də izləmişdik. Yeni baş məşqçi ilə yeni oyun üslubu hazırlayırdılar. Biz də buna hazır idik.

- Amma ilk hissə komandanız üçün uğursuz keçdi. Fasiləyə məğlub yollanmağa səbəb nə idi?

- Məncə, ilk hissədə müəyyən tələskənliyimiz oldu. Bu da son ötürmələrin qeyri-dəqiq olmasına yol açırdı. Belə də rəqib üçün yaxşı əks-hücum imkanları yaranırdı. Məğlub olsaq da ilk hissədə müəyyən məqamlarda üstünlük bizdə olurdu. Sadəcə, ikinci hissə rəqib üzərində tam üstünlük yarada bildik.

- Paltardəyişmə otağında məşqçilə korpusu sizə nə dedi ki, bunu bacara bildiniz?

- Fasilədə məşqçilərimizin tapşırığı oldu ki, eyni oyunu davam etdirmək lazımdır. Sadəcə tələsmək olmaz. Səbrlə hücumları sona kimi davam etdirsək, uğur qazana biləcəyik. Biz də verilən tapşırığı dəqiq yerinə yetirdik. Öncə ilk qolu vurduq. Sonra yenə arxaya çəkilmədən hücumları davam etdirərək qələbə qolunu vurduq.

- Qarşıdakı tur rəqib lider "Qarabağ"dır. Surpriz etməyə hazırsınız?

- "Qarabağ" güclü rəqibdir. Çətin oyun olacaq. Bu komandanın gücünə hər kəs bələddir. Məşqçilərin verdiyi tapşırığı düzgün yerinə yetirib uğur qazanmağa çalışacağıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti