Yeni baş məşqçi 8 legionerlə sövdələşdi - SON DƏQİQƏ

18:00 Şamaxı 1 104
Yeni baş məşqçi 8 legionerlə sövdələşdi - SON DƏQİQƏ

"Şamaxı"nın bütün diqqətləri öz üzərinə çəkmək üzrədir.

Azər Bağırovu baş məşqçi postuna gətirmiş "şirlər" 8 legionerlə sövdələşib.

Əyalət təmsilçisi müqavmlə bağladığı əcnəbi futbolçuların adlarını ard-arda açıqlamağı planlaşdırır.

"Şamaxı" ötən günlərdə Sənan Muradlı ("Sumqayıt", icarə) Emin Rüstəmov, Uğur Cahangirov (hər ikisi "Karvan-Yevlax"), Ceyhun Bağırzadə, Okan Təhməzli, Emil Süleymanov (hər üçü "Qəbələ") və Hacıəli Şirəliyev ("Difai") ilə müqavilə bağlayıb.

Abdulla Seydəhmədovla Həbib İsmayılovun isə müqaviləsi artırılanlar arasındadır.

Gedənlərə gəlincə, onların sayı daha çoxdur: Alfons Mabula Msanqa, Ravil Qafarov, Sezar Enrike, Bilal İsmayılov, Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Andrey Tirkoveanu, Rodriqo Fernandes, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov, Karim Rossi, Ayxan Abbasov (baş məşqçi), Dioqo Balau

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti