Turnirin qızıl medallarına sahib çıxdı - “Səbail”

4 May 2024 10:00 Səbail 1 021
Turnirin qızıl medallarına sahib çıxdı - “Səbail”

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan futbol turniri keçirilib.

Sportinfo.az xəbər verir ki, turnir 2015-ci il təvəllüdlü uşaqlar arasında baş tutub.

Yarışda ümumilikdə 8 komanda iştirak edib. Final matçına isə “Səbail” və ROFM komandaları vəsiqə qazanıb.

Həlledici qarşılaşmada rəqibinə 4:3 hesabı ilə qalib gələn “Səbail” turnirin qızıl medallarına sahib çıxıb.

Xəbər Lenti
17 Oktyabr 16:50 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Deyir, hələ öyrənirik