FIFA DÇ-2026-nın ən gözəl qolunu açıqlayıb.
Sportinfo.az xəbər verir ki, “Trabzonspor” və Kabo-Verde millisinin müdafiəçisi Sidni Kabralın 1/16 final mərhələsində Argentina qapısına vurduğu qol turnirin ən yaxşı qolu seçilib.
Gərgin keçən qarşılaşmanın 103-cü dəqiqəsində səhnəyə çıxan Kabral vurduğu qolla hesab 2:2 olsa da, Kabo-Verde yığması əlavə vaxtda Argentinaya 2:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşmışdı.
Matçın nəticəsindən asılı olmayaraq, bu qol FIFA-nın böyük mükafatına layiq görülüb.
Keçirilən səsvermədə ikinci yeri Özbəkistan millisinin hücumçusu Eldor Şomurodov, üçüncü yeri isə Haiti yığmasının forvardı Vilson İzidor tutub.
DÇ-2026-nın qalibi Argentina üzərində 1:0 minimal hesablı qələbə qazanan İspaniya millisi olub.

