”Liverpul”un cinah oyunçusu Federiko Kyeza karyerasını İngiltərə klubunda davam etdirmək niyyətindədir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu yeni baş məşqçi Andoni İraolanın rəhbərliyi altında əsas heyətdə yer uğrunda mübarizə aparmağa qərar verib.
Onun məqsədlərindən biri də yenidən İtaliya millisinin heyətinə qayıtmaqdır.
Kyeza 2024-cü ilin yayından “Liverpul”un formasını geyinir. 28 yaşlı oyunçu 2025/26 mövsümündə “qırmızılar”ın heyətində bütün turnirlərdə 36 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin iyun ayınadək qüvvədədir.

